0

YYSQ tanıtım-tədbiri: Sabir adına Mərkəzi Şəhər Kitabxanasında

YYSQ-nin tanıtım-tədbiri M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasında

Noyabrın 26-da, saat 15 00-da M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasında Yeni Yazarlar və Sənətçilər Qurumunun yeni innovativ-intellektual layihələri, eləcə də kitabxana.net və elmlər.net portallarının, hazırladığımız e-kitabların tanıtım-təqdimat tədbiri keçirildi
Təşkilatın Sabir kitabxanası üçün hazırladı kağız və elektron kitablardan ibarət mini-kitabxana, eləcə də təqdimatların əsas məqsədi kitabxanaçılar vasitəsilə oxucular, xüsusən gənclər arasında virtual mütaliə, e-yazı mədəniyyətini yaymaq, elmi potensialımızın inkişafına təkan vermək idi. Çağdaş ədəbiyyatımız, kitabımız, nəşriyyat sahəmizin, elmimiz, mədəniyyətimiz haqqında məlumatların paylaşmasına həsr olunan tədbirdə mini-kitabxana (250-dən çox kitab, dərgi, çap məhsulu), 50 e-kitabın toplandığı disklər (100 ədəd) və başqa paylanma nümunələrini kitabxanaya hədiyyə olundu


Layihələrimiz Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və #AzGF – Azərbaycan Respublikası Prezident yanında Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənirdi.
# YYSQ-nin #AzGF – Prezident yanında Azərbaycan Gənclər Fondunun və QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi layihələr çərçivəsində təşkil olunan təqdimatda www.elmler.net, www.kitabxana.net portallarının, eləcə də təşkilatın hazırladığı e-kitabların təqdimatı kitabxanaçılar tərəfindən maraqla qarşılandı.
Kitabxananın direktoru Gülşən Abbasova açaraq gələn qonaqları salamladı, tədbir haqqında qısaca məlumat verdi.
YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov çıxış edərəkhəyata keçirtdikləri layihələr haqqında geniş danışdı, www.elmler.net və www.kitabxana.net portallarında yerləşdirilən 50 yeni nəsil intellektualın elmi e-kitabları, İnternetdəki elektron şəbəkə resursları, eləcə də elmi kitabların sosial şəbəkələrdə təbliğini barədə geniş məlumatlar verdi.
Natiq Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (#AzGF) dəstəklədiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun (#YYSQ) “Gənc elektron elm – Virtual İnternet Resurs Mərkəzi” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbirdə kitabxana əməkdaşlarının oxuculara, eləcə də gənc alimlərə ötürmək üçün məlumat və bilgilər çatdırıldığını xüsusi vurğuladı.
Aydın Xan Əbilov eyni zamanda Yeni Yazarlar və Sənətçilər Qurumunun (#YYSQ) hazırladığı, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qismən maliyyələşdirilən “Xarici müəlliflərin Azərbaycana – Qarabağa aid müxtəlif dillərdəki kitablarının virtual e-nəşrə hazırlanması, elektron sərgisi və yayımı” kulturoloji layihəsi barədə də iştirakçılara ətraflı məlumatlar çatdırdı.
Təşkilatın fəal üzvlərindən Mirzə İskəndərov və Günay Əliyeva öz təqdimatlarıyla iştirakçılar qarşısında çıxış etdilər, onları maraqlandıran sualları cavablandırdılar.
Daha sonra müzakirə formasında davam edən təqdimatda mütaliə, İnternet resurslarımız, elmi kitabların azlığı, e-kitablar sahəsindəki görüləsi məsələlər ətrafında polemika aparıldı.
Kitabxana rəhbərliyinə, eləcə də əməkdaşlarına, iştirakçılara və YYSQ-çilərə xüsusi minnətdarlığımızı bildirirk.

YYSQ İctimai Qurumlar və KİV-lə Əlaqə Bölümü…

YYSQ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir