0

YYSQ-nin “Virtual Qarabağ” İKT Mərkəzinə mini-kitabxana hədiyyəsi

YYSQ tərəfindən “Virtual Qarabağ” İKT Mərkəzinə mini-kitabxana hədiyyə olundu…

Noyabrın 25-də “Virtual Qarabağ” İKT Mərkəzində Yeni Yazarlar və Sənətçilər Qurumuunun – #YYSQ-nin İnternet layihələri, elmler.net, kitabxana.net, e-kitablar, sosial şəbəkədəki kreativ-intellektual resurslarının təqdimat-tanıtımı oldu.

Tədbiri Mərkəzin rəhbəri Nurəddin Mehdiyev açaraq YYSQ-nin 15 ildən çox bir müddət ərzində ölkəizdə kitab və İnternet resurslarının inkişafına xidmət etdiyini, yeni nəsil yaradıcı insanların kreativ və müəllif haqlarını qorunmasında xüsusi fəaliyyətləri ilə seçildiyini vurğuladı. Natiq bildirdi ki, YYSQ həm də “Virtual Qarabağ” İKT Mərkəzinin təsisçilərindəndir.

YYSQ sədri Aydın Xan Əbilov bildirdi ki, çağdaş Qarabağşünaslıq elmimiz, tarix mədəniyyətimiz haqqında məlumatların olduğu, eləcə də xarici müəlliflərin müxtəlif dillərdə Azərbaycana, Ermənistan-Azərbaycan münaqişəsinə, Qarabağ həqiqətlərinə həsr olunmuş kitablardan ibarət mini-kitabxana (200-ə yaxın kitab, dərgi, çap məhsulu), 50 e-kitabın toplandığı disklər (100 ədəd) və başqa paylanma nümunələrini İKT Mərkəzinin kitabxanasına hədiyyə etməklə tələbələrə, gənc araşdırmaçılara və ölkəmizə gələn əcnəbi qonaqlara bu sahədə kömək göstərmək istəyirlər.

Yeni Yazarlar və Sənətçilər Qurumu www.elmler.net vəkitabxana.net İnternet resursuslarının, eləcə də onlara aid innovativ layihələrinin silsilə mobil tanıtım-təqdimatını #AzGF – Prezident yanında Azərbaycan Gənclər Fondunun və QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi layihələr çərçivəsində təşkil olunduğunu bildirən A.X.Əbilov www.elmler.net,www.kitabxana.net portallarının, eləcə də təşkilatın Qarabağa aid hazırladığı e-kitablar barədə məlumatlar verdi: portalda yerləşdirilən 50 azərbaycanlı cavan intellektualın elmi e-kitabları, İnternetdəki elektron şəbəkə resursları, eləcə də elmi kitabların sosial şəbəkələrdə təbliğini barədə geniş məlumatlar verdi.
Natiq Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (#AzGF) dəstəklədiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun (#YYSQ) “Gənc elektron elm – Virtual İnternet Resurs Mərkəzi” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbirdə kitabxana əməkdaşlarının oxuculara, eləcə də gənc alimlərə ötürmək üçün məlumat və bilgilər çatdırıldığını xüsusi vurğuladı.
Aydın Xan Əbilov, eyni zamanda, Yeni Yazarlar və Sənətçilər Qurumunun (#YYSQ) hazırladığı, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qismən maliyyələşdirilən “Xarici müəlliflərin Azərbaycana – Qarabağa aid müxtəlif dillərdəki kitablarının virtual e-nəşrə hazırlanması, elektron sərgisi və yayımı” kulturoloji layihəsi barədə də iştirakçılara ətraflı məlumatlar çatdırdı.
Təşkilatın İKT rəhbəri Mirzə İskəndərov təqdimatla iştirakçılar qarşısında çıxış etdi, onları maraqlandıran sualları cavablandırdı.
Daha sonra söhbət formasında davam edən təqdimatda mütaliə, İnternet resurslarımız, elmi kitabların azlığı, e-kitablar sahəsindəki görüləsi məsələlər ətrafında getdi.

“Virtual Qarabağ” İKT Mərkəzinin rəhbərliyinə, eləcə də əməkdaşlarına minnətdarlığımızı bildirirk.

YYSQ İctimai Qurumlar və KİV-lə Əlaqə Bölümü…

YYSQ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir