0

YYSQ-nin layihələri “English Time” – Beynəlxalq Dil Məktəbində

Noyabrın 22-sində “English Time” – Beynəlxalq Dil Məktəbinin rəhbəri Könul Vəlibəyli xanımın dəvətilə, bu maraqlı təhsil ocağının müəllim və tələbələri üçün #YYSQ – Yeni Yazarlar və Sənətçilər Qurumunun İnternet layihələri, elmler.net, kitabxana.net, e-kitablar, sosial şəbəkədəki kreativ-intellektual resurslarının təqdimat-tanıtım mərasimi keçirildi.

Çağdaş ədəbiyyatımız, mədəniyyətimiz haqqında məlumatların paylaşmasına həsr olunan tədbirdə eləcə də qurum üçün hazırladığımız mini-kitabxana (150-dən çox kitab, dərgi, çap məhsulları), 50 e-kitabın yerləşdirildiyi disklər (100 ədəd) və başqa paylanma nümunələrini hədiyyə edildi…

#AzGF – Prezident yanında Azərbaycan Gənclər Fondunun dəstəklədiyi tədbirdə YYSQ-çilərdən tanınmış gənc şair Könül Səid S, eləcə də YYSQ-çilərdən Mirzə İskəndərov, Tural Cəfərov, Natiq Quliyev, Fazil Bağırzadə, Günel Bağırova və başqaları iştirak edirdi.
www.elmler.net, www.kitabxana.net portallarının, eləcə də hazırladığımız e-kitabların təqdimatını bu dəfə də maraqla qarşılandı.
Yeni Yazarlar və Sənətçilər Qurumu www.elmler.net və kitabxana.net İnternet resursuslarının, eləcə də onlara aid innovativ layihələrinin silsilə mobil tanıtım-təqdimatıları davam etdirir…
Kurs dinləyicilərinin iştirakıyla keçirilən tədbirdə www.elmler.net və www.kitabxana.net portalının təqdimat-tanıtım ilə yanaşı, YYSQ-nin gənc yazar üzvləri ilə görüşü baş tutdu.
Tədbiri Mərkəzin direktoru Könül Vəlibəyli açaraq gələnləri salamladı, təqdimat-tədbir haqqında qısaca məlumat verdi.

YYSQ sədri, yazıçı-kulturoloq, layihə rəhbəri Aydın Xan Əbilov çıxış edərək layihələr haqqında geniş danışdı, www.elmler.net və www.kitabxana.net portallarında yerləşdirilən 50 yeni nəsil intellektualın elmi e-kitabları, İnternetdəki elektron şəbəkə resursları, eləcə də elmi kitabların sosial şəbəkələrdə təbliğindən məlumatlar verdi.
Çıxışçı Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (#AzGF) dəstəklədiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun (#YYSQ) “Gənc elektron elm – Virtual İnternet Resurs Mərkəzi” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbirdə tələbələrə həmyaşıdlarına ötürmək üçün məlumat və bilgilər çatdırıldığını xüsusi vurğuladı.
Aydın Xan Əbilov eyni zamanda Yeni Yazarlar və Sənətçilər Qurumunun (#YYSQ) hazırladığı, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qismən maliyyələşdirilən “Xarici müəlliflərin Azərbaycana – Qarabağa aid müxtəlif dillərdəki kitablarının virtual e-nəşrə hazırlanması, elektron sərgisi və yayımı” kulturoloji layihəsi barədə də iştirakçılara ətraflı məlumatlar çatdırdı.
Təşkilatın fəal üzvlərindən Mirzə İskəndərov öz təqdimatıyla iştirakçılar qarşısında çıxış etdi, onları maraqlandıran sualları cavablandırdılar.
Daha sonra müzakirə formasında davam edən təqdimatda mütaliə, İnternet resurslarımız, elmi kitabların azlığı, e-kitablar sahəsindəki görüləsi məsələlər ətrafında polemika aparıldı…

Mərkəz rəhbərliyinə, eləcə də müəllimlərə, iştirakçılara və YYSQ-çilərə xüsusi minnətdarlıq…

YYSQ İctimai Qurumlar və KİV-lə Əlaqə Bölümü…

YYSQ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir