0

YYSQ: Dövlət Elmi Tibb Kitabxanasının əməkdaşları üçün təqdimat

Noyabrın 25-də Azərbaycan Respublikası Dövlət Elmi Tibb Kitabxanasının əməkdaşları üçün #YYSQ – Yeni Yazarlar və Sənətçilər Qurumunun İnternet layihələri, elmler.net, kitabxana.net, e-kitablar, sosial şəbəkədəki kreativ-intellektual resurslarının təqdimat-tanıtım tədbiri təşkil olundu.

Çağdaş elmimiz, mədəniyyətimiz haqqında məlumatların paylaşmasına həsr olunan tədbirdə mini-kitabxana (200-dən çox kitab, dərgi, çap məhsulu), 50 e-kitabın toplandığı disklər (100 ədəd) və başqa paylanma nümunələrini kitabxanaya hədiyyə olundu.

#AzGF – Prezident yanında Azərbaycan Gənclər Fondunun və QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi layihələr çərçivəsində təşkil olunan təqdimatda www.elmler.net, www.kitabxana.net portallarının, eləcə də təşkilatın hazırladığı e-kitabların təqdimatını bu dəfə də maraqla qarşılandı.

Yeni Yazarlar və Sənətçilər Qurumu www.elmler.net və kitabxana.net İnternet resursuslarının, eləcə də onlara aid innovativ layihələrinin silsilə mobil tanıtım-təqdimatını Dövlət Elmi Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva açdı, tədbir haqqında məlumat verdi.

YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov çıxış edərək layihələr haqqında geniş danışdı, www.elmler.net və www.kitabxana.net portallarında yerləşdirilən 50 yeni nəsil intellektualın elmi e-kitabları, İnternetdəki elektron şəbəkə resursları, eləcə də elmi kitabların sosial şəbəkələrdə təbliğini barədə geniş məlumatlar verdi.

Natiq Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (#AzGF) dəstəklədiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun (#YYSQ) “Gənc elektron elm – Virtual İnternet Resurs Mərkəzi” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbirdə kitabxana əməkdaşlarının oxuculara, eləcə də gənc alimlərə ötürmək üçün məlumat və bilgilər çatdırıldığını xüsusi vurğuladı.

Aydın Xan Əbilov eyni zamanda Yeni Yazarlar və Sənətçilər Qurumunun (#YYSQ) hazırladığı, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qismən maliyyələşdirilən “Xarici müəlliflərin Azərbaycana – Qarabağa aid müxtəlif dillərdəki kitablarının virtual e-nəşrə hazırlanması, elektron sərgisi və yayımı” kulturoloji layihəsi barədə də iştirakçılara ətraflı məlumatlar çatdırdı.

Təşkilatın fəal üzvü, YYSQ İKT rəhbəri Mirzə İskəndərov öz təqdimatıyla iştirakçılar qarşısında çıxış etdi, onları maraqlandıran sualları cavablandırdı.

Daha sonra müzakirə formasında davam edən təqdimatda mütaliə, İnternet resurslarımız, elmi kitabların azlığı, e-kitablar sahəsindəki görüləsi məsələlər ətrafında polemika getdi.

Kitabxana rəhbərliyinə, eləcə də əməkdaşlarına, iştirakçılara və YYSQ-çilərə xüsusi minnətdarlığımızı bildirirk.

YYSQ İctimai Qurumlar və KİV-lə Əlaqə Bölümü…

YYSQ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir