0

Bakı Kompüter Kollecində YYSQ-nin layihəsi: elmler.net təqdimatı

Bakı Kompüter Kollecində YYSQ-nin layihəsi və www.elmler.net portalının təqdimatı…

20 noyabr 2014-cü il tarixində Yeni Yazarlar və Sənətçilər Qurumu Bakı Kompüter Kollecində növbəti kreativ-innovativ tədbir-təqdimatını təşkil etdi…

www.elmler.net, www.kitabxana.net portallarının, eləcə də hazırladığımız e-kitabların təqdimatını bu dəfə kollecin çoxsaylı tələbələri üçün etdik…

Yeni Yazarlar və Sənətçilər Qurumu www.elmler.net və kitabxana.net İnternet resursuslarının, eləcə də onlara aid innovativ layihələrinin silsilə mobil tanıtım-təqdimatılarını davam etdirir…

20 noyabr tarixində – bu gün növbəti intellektual-kreativ tədbirimizin ünvanı Bakı şəhərində yerləşən Bakı Kompüter Kolleci, onun müəllim və tələbə kollektivi oldu.

Əvvəlcədən seçilmiş gənclərin iştirakıyla keçirilən tədbirdə www.elmler.net və www.kitabxana.net portalının təqdimat-tanıtım ilə yanaşı, YYSQ-nin gənc yazar üzvləri ilə görüşü baş tutdu.

Tədbiri Bakı Kompüter Kollecinin direktor müavini Gülnarə xanım Həsənova, ictimai təşkilatları koordinatoru Şakir Mikayılov açaraq qonaqları salamladı, təqdimat-tədbir haqqında qısaca məlumat verdilər.

YYSQ sədri, yazıçı-kulturoloq, layihə rəhbəri Aydın Xan Əbilov geniş təqdimatla çıxış edərək layihə haqqında danışdı, www.elmler.net və www.kitabxana.net portallarında yerləşdirilən 50 yeni nəsil intellektualın elmi e-kitabları, İnternetdəki elektron şəbəkə resursları, eləcə də elmi kitabların sosial şəbəkələrdə təbliğindən geniş məlumatlar verdi.

Çıxışçı Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (#AzGF) dəstəklədiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun (#YYSQ) “Gənc elektron elm – Virtual İnternet Resurs Mərkəzi” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbirdə tələbələrə həmyaşıdlarına ötürmək üçün məlumat və bilgilər çatdırıldığını xüsusi vurğuladı.

Aydın Xan Əbilov eyni zamanda Yeni Yazarlar və Sənətçilər Qurumunun (#YYSQ) hazırladığı, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qismən maliyyələşdirilən “Xarici müəlliflərin Azərbaycana – Qarabağa aid müxtəlif dillərdəki kitablarının virtual e-nəşrə hazırlanması, elektron sərgisi və yayımı” kulturoloji layihəsi barədə də iştirakçılara ətraflı məlumatlar çatdırdı.

Tədbirdə BKK-cinin pedaqoqlarından -direktor müavini Gülnarə Həsənova, eləcə də Şakir Mikayılov, Gülxar Mikayılova, təşkilatın fəal üzvlərindən Mirzə İskəndərov, Günay Əliyeva, Tural Omaroglu və başqaları təqdimatlarla gəncləri qarşısında çıxış etdi, onları maraqlandıran sualları cavablandırdılar.

Daha sonra müzakirə formasında davam edən məclisdə mütaliə, İnternet resurslarımız, elmi kitabların azlığı, e-kitablar sahəsindəki görüləsi məsələlər ətrafında polemika aparıldı…

Eləcə də qurum adından gənc alim və müəlliflərin 150-dən çox kitabı, eyni zamanda layihə çərçivəsində hazırlanan, 50 elektron kitabın toplandığı DVD-lər iştirakçılara və mektebin kitabxanasına hədiyyə edildi.

Kollecin rəhbərliyinə, eləcə də müəllimlərə, kitabxanaçılara, tələbələrə və YYSQ-çilərə xüsusi minnətdarlıq…

YYSQ İctimai Qurum və KİV-lə Əlaqə Bölümü…

YYSQ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir