0

YYSQ tanıtım-tədbiri: Sabir adına Mərkəzi Şəhər Kitabxanasında

YYSQ-nin tanıtım-tədbiri M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasında

Noyabrın 26-da, saat 15 00-da M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasında Yeni Yazarlar və Sənətçilər Qurumunun yeni innovativ-intellektual layihələri, eləcə də kitabxana.net və elmlər.net portallarının, hazırladığımız e-kitabların tanıtım-təqdimat tədbiri keçirildi
Təşkilatın Sabir kitabxanası üçün hazırladı kağız və elektron kitablardan ibarət mini-kitabxana, eləcə də təqdimatların əsas məqsədi kitabxanaçılar vasitəsilə oxucular, xüsusən gənclər arasında virtual mütaliə, e-yazı mədəniyyətini yaymaq, elmi potensialımızın inkişafına təkan vermək idi. Çağdaş ədəbiyyatımız, kitabımız, nəşriyyat sahəmizin, elmimiz, mədəniyyətimiz haqqında məlumatların paylaşmasına həsr olunan tədbirdə mini-kitabxana (250-dən çox kitab, dərgi, çap məhsulu), 50 e-kitabın toplandığı disklər (100 ədəd) və başqa paylanma nümunələrini kitabxanaya hədiyyə olundu Ardını oxu

0

YYSQ-nin “Virtual Qarabağ” İKT Mərkəzinə mini-kitabxana hədiyyəsi

YYSQ tərəfindən “Virtual Qarabağ” İKT Mərkəzinə mini-kitabxana hədiyyə olundu…

Noyabrın 25-də “Virtual Qarabağ” İKT Mərkəzində Yeni Yazarlar və Sənətçilər Qurumuunun – #YYSQ-nin İnternet layihələri, elmler.net, kitabxana.net, e-kitablar, sosial şəbəkədəki kreativ-intellektual resurslarının təqdimat-tanıtımı oldu.

Tədbiri Mərkəzin rəhbəri Nurəddin Mehdiyev açaraq YYSQ-nin 15 ildən çox bir müddət ərzində ölkəizdə kitab və İnternet resurslarının inkişafına xidmət etdiyini, yeni nəsil yaradıcı insanların kreativ və müəllif haqlarını qorunmasında xüsusi fəaliyyətləri ilə seçildiyini vurğuladı. Natiq bildirdi ki, YYSQ həm də “Virtual Qarabağ” İKT Mərkəzinin təsisçilərindəndir. Ardını oxu

0

YYSQ: Dövlət Elmi Tibb Kitabxanasının əməkdaşları üçün təqdimat

Noyabrın 25-də Azərbaycan Respublikası Dövlət Elmi Tibb Kitabxanasının əməkdaşları üçün #YYSQ – Yeni Yazarlar və Sənətçilər Qurumunun İnternet layihələri, elmler.net, kitabxana.net, e-kitablar, sosial şəbəkədəki kreativ-intellektual resurslarının təqdimat-tanıtım tədbiri təşkil olundu.

Çağdaş elmimiz, mədəniyyətimiz haqqında məlumatların paylaşmasına həsr olunan tədbirdə mini-kitabxana (200-dən çox kitab, dərgi, çap məhsulu), 50 e-kitabın toplandığı disklər (100 ədəd) və başqa paylanma nümunələrini kitabxanaya hədiyyə olundu.

#AzGF – Prezident yanında Azərbaycan Gənclər Fondunun və QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi layihələr çərçivəsində təşkil olunan təqdimatda www.elmler.net, www.kitabxana.net portallarının, eləcə də təşkilatın hazırladığı e-kitabların təqdimatını bu dəfə də maraqla qarşılandı. Ardını oxu

0

YYSQ-nin layihələri “English Time” – Beynəlxalq Dil Məktəbində

Noyabrın 22-sində “English Time” – Beynəlxalq Dil Məktəbinin rəhbəri Könul Vəlibəyli xanımın dəvətilə, bu maraqlı təhsil ocağının müəllim və tələbələri üçün #YYSQ – Yeni Yazarlar və Sənətçilər Qurumunun İnternet layihələri, elmler.net, kitabxana.net, e-kitablar, sosial şəbəkədəki kreativ-intellektual resurslarının təqdimat-tanıtım mərasimi keçirildi.

Çağdaş ədəbiyyatımız, mədəniyyətimiz haqqında məlumatların paylaşmasına həsr olunan tədbirdə eləcə də qurum üçün hazırladığımız mini-kitabxana (150-dən çox kitab, dərgi, çap məhsulları), 50 e-kitabın yerləşdirildiyi disklər (100 ədəd) və başqa paylanma nümunələrini hədiyyə edildi… Ardını oxu

0

Bakı Kompüter Kollecində YYSQ-nin layihəsi: elmler.net təqdimatı

Bakı Kompüter Kollecində YYSQ-nin layihəsi və www.elmler.net portalının təqdimatı…

20 noyabr 2014-cü il tarixində Yeni Yazarlar və Sənətçilər Qurumu Bakı Kompüter Kollecində növbəti kreativ-innovativ tədbir-təqdimatını təşkil etdi…

www.elmler.net, www.kitabxana.net portallarının, eləcə də hazırladığımız e-kitabların təqdimatını bu dəfə kollecin çoxsaylı tələbələri üçün etdik…

Yeni Yazarlar və Sənətçilər Qurumu www.elmler.net və kitabxana.net İnternet resursuslarının, eləcə də onlara aid innovativ layihələrinin silsilə mobil tanıtım-təqdimatılarını davam etdirir… Ardını oxu

0

YYSQ layihələr və elmler.net portalının Peşə Liseyində təqdimatı

Yeni Yazarlar və Sənətçilər Qurumu www.elmler.net və kitabxana.net İnternet resursuslarının, eləcə də onlara aid innovativ layihələrinin silsilə mobil tanıtım-təqdimatılarını davam etdir…

13 noyabr tarixində – bu gün növbəti intellektual-kreativ tədbirimizin ünvanı Bakı şəhərində yerləşən 4 saylı Peşə Liseyi, onun çoxsaylı müəllim və tələbə kollektivi oldu.

Əvvəlcədən seçilmiş şagirdlərin iştirakıyla keçirilən tədbirdə www.elmler.net və www.kitabxana.net portalının təqdimat-tanıtım ilə yanaşı, YYSQ-nin gənc yazar üzvləri ilə görüşüdə baş tutdu. Ardını oxu

0

Xəzər Universiteti: elmler.net və kitabxana.netin mobil tanıtımı

Yeni Yazarlar və Sənətçilər Qurumu www.elmler.net və kitabxana.net İnternet resursuslarının, eləcə də onlara aid innovativ layihələrinin silsilə mobil tanıtım-təqdimatılarını davam etdirir…

11 noyabr tarixində növbəti intellektual-kreativ tədbir Xəzər Universitetində keçirildi…

Əvvəlcədən seçilmiş tələbələrin iştirakıyla keçirilən tədbirdə www.elmler.net və kitabxana.net portalının təqdimat-tanıtım ilə yanaşı, YYSQ-nin gənc yazar üzvləri ilə görüşü baş tutdu. Ardını oxu

0

YYSQ Bayraq və İntellekt gününü uşaqlarla qeyd etdi…

Yeni Yazarlar və Sənətçilər Qurumunun təzə İnternet resursu -www.elmler.net saytını silsilə mobil tanıtımı davam edir…

9 noyabr – Dövlət Bayrağı Günü və 10 noyabr – Ümumdünya Elm Günü münasibətilə növbəti intellektual-kreativ tədbirini keçirtdi…

Bakını Binə qəsəbəsində yerləşən “Ümid Yeri – uşaqlar üçün Sığınacaq”da www.elmlər.net portalının təqdimat-tanıtım tədbiri keçirildi. Gənc yazarlarla uşaqların görüşü, eləcə də YYSQ adından gənc alim və müəlliflərin 200-dən çox kitabı, eyni zamanda layihə çərçivəsində hazırlanan 50 elektron kitabın toplandığı DVD-lər Sığınacağın kitabxanasına və uşaqlara hədiyyə edildi. Ardını oxu

0

Turizm İnstitutu: Gənc e-elm – elmler.net portalının təqdimatı

Azərbaycan Turizm İnstitutunda Gənc e-elm – www.elmler.net portalının təqdimatı 9 noyabr rəsmi Dövlət Bayramı günü ərəfəsində baş tutdu…

Azərbaycan Turizm İnstitutunda YYSQ-nin təqdimatımıza…

Yeni resursumuzu – www.elmler.net saytını tanıtımına davam edirik…

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (#AzGF) – Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyələşdirdiy, Yeni Yazarlar və Sənətçilər Qurumunun (#YYSQ) “Gənc elektron elm – virtual İnternet Resurs Mərkəzi” layihəsi çərçivəsində Azərbaycan Turizm İnstitutunda təhsil alan tələbə gənclərə www.elmlər.net portalının təqdimat tanıtım tədbiri keçirildi. Ardını oxu

0

İnternet və ənənəvi çap məhsullarının rəqabəti… – VIDEO

Əslində, buna rəqabət demək də mümkün deyil. Birinci ikincini üstələyib, onun “bazarı”nı əlindən alıb. Peşəkar jurnal redaktorlarının yenidən işləmək üçün müəllifə qaytardığı əsərlər üç gün sonra saytlarda tirajlanır, facebookda paylaşılır. Və əlbəttə, ədəbi orqanların redaktorları bu mənzərədən narazıdırlar.

Səbəblər kifayət qədər çoxdur: internet qeyri-peşəkar müəllifləri, zəif əsərləri oxucuya müasir dövrün yazıçısı, ədəbiyyatı kimi təqdim edir.

Bəs bu mənzərə necə tənzimlənməlidir?!

“Ulduzlu kvartet”də Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi və “kitabxana.net” portalının rəhbəri Aydın Xanla bu suala cavab axtarmışıq… Ardını oxu